!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Laçında minaya düşən şəxslərdən biri öldü

!Reklam – Yazi

Ötən gün Laçın rayonunda minaya düşən şəxslərdən biri vəfat edib.

Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətindən Yenicag.az-a bildirilib ki, oktyabr 21-də Laçın rayonunun Suarası kəndində minalardan təmizlənməmiş ərazidə piyada-əleyhinə minanın partlaması nəticəsində ağır xəsarət alan 1977-ci il təvəllüdlü Həmidov Elsəvər Sovet oğlu həlak olub.

1977-ci il təvəllüdlü Həsənov Səbuhi Telman oğlu bədənin müxtəlif nahiyələrindən qəlpə yaraları alıb, vəziyyəti qənaətbəxşdir.

ANAMA bir daha vətəndaşları təhlükəli ərazilərə daxil olmamağa, məsuliyyətli və diqqətli davranmağa çağırıb.

www.yenicag.az

312
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv