!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Laçınım” ətrafında QALMAQAL BÖYÜYÜR: “Məhəbbətin təəssübünü heç dədəmə də vermərəm” – Xalq artisti

!Reklam – Yazi

Mərhum xalq artisti Məhəbbət Kazımovun repertuarından olan “Laçınım” mahnısı haqqında qalmaqal və müəlliflik iddiaları səngimək bilmir. Müğənni Könül Kərimovanın “Mahnının müəllifi mənəm, Məhəbbət Kazımov deyil” açıqlaması mərhum müğənninin oğlu Rəşid Kazımovu da hiddətləndirdi. Müğənninin yaxın dostu olan tanınmış aktyor, Xalq artisti Yasin Qarayev də məsələyə biganə qalmayıb.

Yenicag.az-a açıqlama verən xalq artisti Yasin Qarayev Könül Kərimovanın iddialarına cavab verib:

“Hər iki müğənnini yaxşı tanıyıram, Məhəbbət Kazımovu da, Könül Kərimovanı da. Biri haqq dünyasında, o biri isə nahaq dünyasındadır. Onu da deyim ki, ikisinin də xatiri mənim üçün çox dəyərlidir. Di gəl ki, Məhəbbət Kazımovun təəssübünü heç dədəmə də vermərəm. Hamı bilir ki, Könülün bəstələri var. Özü də sevilən musiqilərdir; lirik, həlim, mülayim. Məhəbbət Kazımovun da kifayət qədər sevilən mahnıları var. Əksəriyyəti də xarakterinə uyğun, çılğın, fəryad edib, mübarizəyə səsləyən mahnılardır. Fikir verdinizsə, 44 günlük Qarabağ savaşında “Laçınım” mahnısını hücum mahnısı kimi oxuyurdular. Məhəbbətin bütün mahnılarında çağırış, haray, çılğınlıq var. Laçınım mahnısında olduğu kimi”.

Aktyor onu da bildirib ki, mərhum sənətkarın bütün mahnıları Müəllif Hüququ Agentliyində qeydiyyatdan keçib:

“Məhəbbət Kazımovun yazdığı bütün mahnılar, o cümlədən də “Laçınım”, Müəllif Hünüqları Agentliyində qeydiyyatdadır. Müəllifə, yəni Məhəbbət Kazımova sertifikat da verilib. Çox güman ki, o sənətd agentliyin arrxivində də var”.

Cəvahir

www.yenicag.az

827
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv