!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Lağlağı komediyalar, yoxsa..? - “Tamaşaçını kinoteatra gətirməyin yolu...”- Qurum rəsmisindən TƏKLİF

!Reklam – Yazi

“Kinomuzun lağlağı komediyalar dövrü bitdi…”.

Bunu son vaxtlar çəkilən kommersiya filmləri ilə bağlı fikirlərini bölüşən prodüser, rejissor Azərbaycan Kinemotoqrafçılar İttifaqının katibi Əli İsa Cabbarov Yenicag.az-a açıqlamasında deyib.

Prodüser daha keyfiyyətli filmlər çəkmək üçün ssenarist bazasının yaradılmasına ehtiyac olduğunu vurğulayıb:

“Kommersiya kinosunun prodüserlərinin işini təqdirəlayiq hesab edirəm. Çünki onlar dövlət vəsaiti olmadan dayanmadan fəaliyyət göstərdilər, filmlər çəkdilər və tamaşaçıları kinoteatrlara qaytardılar. Kinomuzun lağlağı komediyalar dövrü bitdi. Prodüserlər daha keyfiyyətli filmlər çəkmək əzmindədir.

Çox yaxşı haldır ki, müstəqil prodüserlər tərəfindən artıq sosial dramlar da çəkilir. Bu da kino prosesinin sağalmasının göstəricisidir. Komediyalar romantik komediyalara, melodramlara, sosial dramlara keçəcəksə, demək ki, kinomuz düzgün istiqamətdədir.

Burada əsas məsələ ssenari məsələsidir. Çünki komediyada qəhrəmanın ayağının atında qalan bananla sürüşüb yıxılmaq və bununla gülüş yaratmaq olar, amma tamaşaçını düşündürməyə ssenarist qələmi lazımdır. Süjeti, situasiyanı, dialoqu düzgün strukturlaşdırmaq vacibdir. Buna görə əgər ssenarist kadr bazamız yaradılsa, güclü ssenarilər olsa, qonorarları artırılsa, komediyalarla yanaşı melodramlar, sosial dramlar da ərsəyə gələcək. Və bununla da həmin filmlərə tamaşaçı marağı da yaranacaq. Necə ki, sovetlər dönəmində tamaşaçı hind və türk melodramlarına maraqla baxırdılar, indi də Azərbaycan medodramlarına baxacaqlar.

Müəyyən mərhələdə kommersiya kinomuzun liderlərinin gördüyü iş təqdirəlayiqdir. Ən əsası onlar tamaşaçını kinozallarına qaytara bildi. Keyfiyyətli ssenarilər olsa, əvvəlki təcrübədən yararlanaraq yeni və daha mükəmməl filmlərə imza atacaqlar”.

Cəvahir

www.yenicag.az

562
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv