!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Lahıcda torpaq uçqunu oldu: Yol bağlandı - FOTO/YENİLƏNDİ

!Reklam – Yazi

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) İsmayıllıda torpaq uçqunu nəticəsində yolun bağlanması barədə məlumat yayıb.

Yenicag.az xəbər verir ki, məlumatda bildirilib ki, İsmayıllı-Lahıc avtomobil yolunda yolun hərəkət hissəsinə tökülən qaya parçaları əraziyə texnika və qüvvə cəlb edilərək təmizlənib. Artıq yolda hərəkət bərpa edilib, hər hansı problem yoxdur.

“Hazırda ərazidə güclü külək müşahidə olunur. Küləyin xırda daşların yola doğru tökülməsinə səbəb ola biləcəyi ehtimalı nəzərə alınaraq hər hansı problem müşahidə edilməməsi üçün ərazi agentliyin xüsusi texnikalardan ibarət qrupu tərəfindən nəzarət altında saxlanılır”, AAYDA-nın məlumatında deyilir.

 

*** 13:40

 

İsmayıllı rayonunda torpaq uçqunu olub.

Yenicag.az xəbər verir ki, hadisə İsmayıllı-Lahıc-Dəmirçi-Şamaxı avtomobil yolunun keçdiyi Niyaldağ silsiləsində, Lahıc qəsəbəsi ərazisində baş verib. Son bir ayda rayona yağan qar və yağış səbəbindən hündür dağlardan gələn torpaq və daşlar avtomobil yoluna tökülüb, nəqliyyat vasitələrinin hərəkəti dayanıb.

Yolun açılması üçün hazırda əraziyə ağır texnikalar cəlb olunub. Bir saatdan çoxdur ki, yolun bağlı qalması səbəbindən avtomobillərin Lahıc, Sərdahar, Müdrüsə, Əhən, Burovdal, Vaşa, Yuxarı Zərnava, Namazgah, Güyüm kəndlərinə gediş-gəlişi dayanıb, sürücülər yolun açılmasını gözləyirlər.

www.yenicag.az

511
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv