!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Lap dünya gözəli ol, istedadın yoxdursa…” - Aynur kimin BOSTANINI DAŞLADI? - FOTOLAR

!Reklam – Yazi

“İstedadın yoxdursa, deməli, bu sənət üçün yararsızsan, heç bir uğura imza ata bilməyəcəksən”.

Bunu aktrisa, eyni zamanda müğənni kimi fəaliyyət göstərən Aynur Naz Yenicag.az-a açıqlamasında deyib.

Sənət aləmində parlamaq üçün istedadın şərt olduğunu əsas gətirən Aynur istedadsızların bostanını daşlayıb:

“İşini peşəkarcasına təqdim edə bilmək üçün istedad şərtdir. Çünkü istedadın olmasa, istəyirsən lap dünya gözəli ol, gözəlliyin heç bir rol oynamayacaq. Təbii ki, hər bir rejissor istəyər ki, ortaya çıxardığı iş keyfiyyətli olsun. İstər səhnə, istərsə də kinoda.

Gözəllik, xarici görünüş yalnız göz oxşaya bilər. Amma istedadın yoxdursa, deməli, bu sənət üçün yararsızsan, heç bir uğura imza ata bilməyəcəksən. Qaldı şans məsələsinə, burada da önəmli olan istedaddır. Əgər o, səndə varsa, demək ki, şanslısan və bütün qapıları üzünə aça biləcək yeganə qızıl açara sahibsən.

Onu da vurğulayım ki, bu gün peşəkarlarla eyni səhnəni bölüşən savadsızlar da az deyil. Hansı ki, sənətdən xəbərləri belə yoxdur.
Bunun da günahı onları efirə çıxarıb, tanıtmaq üçün göstəriş verənlərdədir. Sənəti bu qədər ucuzlaşdırmayın. Çünki bununla inkişafa mane olursuz. Bu mövzuda danışmaq üçün ürəyim doludur. Danışsam, çox bostanlara daş atacam, ona görə də yekunlaşdırım”.

Cəvahir

www.yenicag.az

617
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv