!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Laporta Messinin “Barselona”ya qayıdacağını açıqladı

!Reklam – Yazi

“Barselona”nın prezidenti Xuan Laporta PSJ-nin hücumçusu Lionel Messinin Kataloniya klubuna qayıdacağını açıqlayıb.

Yenicag.az xəbər verir ki, klub rəhbəri bu barədə İspaniya La Liqasının XXIX turunda “Xetafe” ilə matçdan öncə azarkeşlərlə görüşərkən bildirib. Fanatlardan biri ondan Messinin qayıdıb-qayıtmayacağını soruşub. Funksioner qısa cavab verib: “Bəli”.

Sözügedən hadisənin videosu sosial şəbəkələrdə yayılıb.

Messi 2004-2021-ci illərdə “Barselona”da oynadıqdan sonra azad agent kimi PSJ-yə keçib. Argentinalı forvardın Paris klubu ilə müqaviləsi mövsümün sonuna qədərdir.
“Xetafe” – “Barselona” oyunu qolsuz bərabərliklə başa çatıb.

www.yenicag.az

235
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv