Reklam

Reklam

Rusiyanın Azərbaycandakı səfirliyinin əməkdaşları 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan  bloger Aleksandr Lapşinlə növbəti görüş keçirib.

Yeniçağ.az xəbər verir ki, bu barədə TASS-a Rusiya səfirliyinin mətbuat xidmətindən məlumat verilib.

Rusiya səfirliyindən bildirilib ki, A. Lapşin saxlanılma şəraitindən şikayət etmir, sağlıq durumu qənaətbəxşdir: “İstintaq davam edir. Rusiya səfirliyi Aleksandr Lapşinin vəkili ilə daimi əlaqədədir”.

Xatırladaq ki, Azərbaycan Baş Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində istintaqı aparılan cinayət işi üzrə ayrı-ayrı dövlətlərin vətəndaşlığını daşıyan A. Lapşin Azərbaycanın dövlət sərhədini qanunsuz olaraq keçmə, ərazi bütövlüyünü parçalamağa yönələn açıq çağırışlar etmə əməllərinə görə təqsirləndirilən şəxs qismində cəlb edilib beynəlxalq və dövlətlərarası axtarışa verilməsi ilə əlaqədar 2016-cı il dekabrın 15-də Belarus Respublikasının hüquq-mühafizə orqanları tərəfindən Minskdə saxlanılaraq, 2017-ci il fevralın 7-də Azərbaycan Respublikasına ekstradisiya edilib.

Yeniçağ.az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 79
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."