!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Latviya, Litva və Polşa Lukaşenko ilə fotonu boykot etdi

!Reklam – Yazi

Litva, Latviya və Polşa liderləri BMT-nin Dubayda keçirilən iqlim dəyişikliyi konfransında birgə fotosessiyaya qatılmayıblar.

Yenicag.az-ın LRT-ə istinadən məlumatına görə, Litva Prezidenti Gitanas Nauseda deyib ki, bu qərar onların belaruslu həmkarı Aleksandr Lukaşenkonun mərasimdə iştirakı ilə bağlıdır.

“Rusiyanın Ukraynaya təcavüzünə səhnə olan bir ölkənin lideri ilə poza vermək, dünyanın gələcəyini və iqlim dəyişikliyini müzakirə etmək ikiüzlülük olardı. Belarus rejimi gələcək dünyanın məhvinə töhfə verir və Rusiya ilə birlikdə Ukraynada baş verənlərə görə məsuliyyət daşıyır”, deyə Litva rəhbəri qeyd edib.

O əlavə edib ki, foto mərasimini “ailə şəkli” çəkməklə müqayisə etmək olar. Nauseda vurğulayıb ki, Lukaşenko bu halda Litva, Latviya və Polşanın mənsub olmaq istədiyi ailə üzvü deyil.

BMT-nin 28-ci İqlim Dəyişikliyi Konfransı (COP28) dekabrın 12-dək Birləşmiş Ərəb Əmirliklərində keçiriləcək. Belarus prezidenti tədbirdə təşkilatçıların dəvəti ilə iştirak edir./qaynarinfo

www.yenicag.az

139
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv