!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Latviya mediası İlk Avropa Oyunlarından yazıb-Fotolar

!Reklam – Yazi

unnamed (6)Diaspor Jurnalistləri Birliyi İlk Avropa Oyunlarının xarici KİV-lərdə təbliğinə başlayıb. İlk olaraq DJB sədr Fuad Hüseynzdə və Latviya-Azərbaycan Dostluq Birliyinin sədri Azər Abasovun həmmüəllifliyi ilə “Azərbaycan İlk Avropa Oyunlarına hazırdır” adlı məqalə Latviyanın “Valmiera24” qəzetində və saytında (valmiera.pilseta24.lv) dərc olunub. Saytda Azərbaycan, eləcə də İlk Avropa Oyunları ilə bağlı 14 şəkil verilib.

Məqalədə İlk Avropa Oyunlarına Latviyanın 70 idmançısının qatılacağı bildirilir: “Avropa Olimpiya Komitəsinin Baş Assambleyası 8 dekabr 2012-ci ildə I Avropa Olimpiya oyunlarının 2015-ci ildə Azərbaycanın paytaxtı Bakı şəhərində keçirilməsi barədə qərar qəbul edib. Bu qərara imza atanlar da yanılmayıblar. Çünki sürətlə gedən iqtisadi inkişaf, həyatın bütün sahələri ilə yanaşı idman sahəsində də güclü maddi-texniki bazanın yaradılmasına, eləcə də beynəlxalq yarışlarda, dünya çempionatlarında qələbələr qazanmaqda Azərbaycan idmançıları üçün güclü stimulun yaranmasına səbəb olub. Şübhəsiz ki, bu, Azərbaycan Prezidenti İlham Əliyevin praqmatik, ardıcıl və məqsədyönlü siyasətinin parlaq təzahürü kimi Azərbaycan tarixinə yazılan şərəfli səhifədir”.

Məqalədə Prezident İlham Əliyev və Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın bu istiqamətdə gördükləri işlərdən söz açılır. Yazıda Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın Almaniyanın Kann şəhərində “Bakı-Avropa Oyunları – 2015″in təntənəli təqdimatı zamanı çıxışından sitat verilib: “Olimpiya hərəkatı Avropada doğulub və sonradan Avropada bərpa olunub. Bu vaxta qədər Avropa oyunları heç zaman keçirilməyib və belə oyunları tarixə ilk Avropa oyunları kimi daxil olan yarışmaları qəbul etmək, hazırlamaq və keçirmək bizim üçün, Azərbaycan üçün ən böyük şərəfdir və həm də böyük məsuliyyətdir. Bu gün Azərbaycan dünyada idman məkanı kimi tanınır. İdmana dəstək, olimpiya hərəkatına dəstək dövlət siyasətinin əsas istiqamətlərindən biridir”.

Məqalədə Mehriban Əliyevanın “Azərbaycan İlk Avropa Oyunlarını Yay Olimpiya oyunları səviyyəsində keçirmək əzmindədir” fikrinə yer verilib: “Bunun üçün bütün lazımı tədbirlər həyata keçirilib. Biz beynəlxalq qurumlarla, Avropa Olimpiya Komitəsi ilə sıx əməkdaşlıq qurmuşuq. Biz çoxsaylı könüllülərin dəstəyindən istifadə edirik və bütün lazımı işlər həyata keçirilir. Mən ümidvaram ki, birinci Avropa Oyunları ədalətli, sağlam rəqabət, dostluq və həmrəylik şəraitində keçiriləcək. Ümidvaram ki, birinci Avropa Oyunları zamanı ölkəmizin qonağı olaraq, siz həm də Azərbaycanın tarixi, mədəniyyəti, Şərqlə Qərbi birləşdirən memarlıq abidələri və ənənələri ilə də tanış ola bilərsiniz”.
Yazıda Azərbaycan bütün bölgələrində, eləcə də paytaxtda və onun rayonlarında I Avropa Oyunlarının həyəcan və coşqusunun artdığı qeyd olunur: “Bu istiqamətdə Bakının Binəqədi rayonunda “Təmiz Binəqədi” sosial layihəsinə start verilib. Layihənin keçirilməsində əsas məqsəd I Avropa Oyunlarına hazırlıq dövründə rayonun memarlıq görkəmini daha da yaxşılaşdırmaq, qəsəbə və mikrorayonlarda, küçə və məhəllələrdə, park və xiyabanlarda aparılan təmizlik və abadlıq işlərini intensiv və mütəşəkkil formada davam etdirmək, bu işlərə rayon ictimaiyyətini və geniş əhali kütləsini cəlb etməkdən ibarətdir. Layihə çərçivəsində müxtəlif kütləvi tədbirlər həyata keçirilib, əhali arasında maariflənmə aksiyaları, müsabiqələr təşkil olunub, yeni parklar açılıb, sosial çarxlar hazırlanıb”.

11171403_10202776415691937_717691794_o.jpg görüntüleniyor

11179783_10202776416851966_1396379444_o.jpg görüntüleniyor

11179911_10202776412571859_586972489_o.jpg görüntüleniyor

11204606_10202776418292002_1723856412_o.jpg görüntüleniyor

11204808_10202776419132023_775374360_o (1).jpg görüntüleniyor

Məqaləni aşağıdakı linkdən oxumaq olar:
http://valmiera.pilseta24.lv/zinas/48/353513

 

www.yenicag.az

593
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv