!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Lavrov Azərbaycan XİN rəhbəri ilə Qarabağdakı vəziyyəti müzakirə edib

!Reklam – Yazi

Azərbacan Xarici İşlər Nazirliyi nazir Ceyhun Bayramovla rusiyalı həmkarı Sergey Lavrov arasında baş tutan telefon danışığı ilə bağlı məlumat yayıb.

Nazirlikdən Yenicag.az-a bildirilib ki, bu ilin 5 dekabr tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Rusiya Federasiyasının Xarici İşlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub.

Nazirlər Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 10 noyabr 2020-ci il tarixində imzaladığı bəyanatdan irəli gələn məsələlərin icrası ilə bağlı fikir mübadiləsi aparıblar.

Tərəflər, həmçinin ikitərəfli əməkdaşlıq, eləcə də qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələləri müzakirə ediblər.

www.yenicag.az

442
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv