!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

Lavrov İndoneziyada xəstəxanaya aparılıb?

!Reklam – Yazi

Rusiyanın xarici işlər naziri Sergey Lavrov İndoneziyada xəstəxanaya aparılıb.

Yenicag.az xəbər verir ki, məlumatı “Bloomberg” yayıb.

Bildirilib ki, o, G20-liyin sammitində iştirak etmək üçün İndoneziyanın Bali adasına səfər edib. Bu zaman səhhətində problem yaranıb.

İndoneziya hökumətinin səhiyyə üzrə məsulları bildiriblər ki, Rusiya diplomatı Balidə kurortda müalicə olunur.

“Associated Press”in məlumatına görə, həkimlər səlahiyyətləri olmadığı üçün məsələyə dair açıqlama verməkdən çəkinblər.

Bu arada, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Sergey Lavrovun xəstəxanaya yerləşdirilməsi xəbərini təkzib edib.

Qeyd edək ki, Sergey Lavrov 1950-ci il martın 21-də Moskvada anadan olub. 2004-cü il martın 9-dan Rusiyanın xarici işlər naziridir.

Xatırladaq ki, G20-liyin sammiti noyabrın 15-də başlayacaq./Report/

www.yenicag.az

138
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv