!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Əli Mirəliyev məşhur xanəndəni RÜSVAY ETDİ: "Yekə kişisən, üzünə gel, dodağına boya çəkib..."

!Reklam – Yazi

“Mən, Akif İslamzadə, bir də rəhmətlik Hüseynağa Hadıyev bir dəfə də olsun üzümüzə “pudra” vurmamışıq, hansı ki o vaxt bütün müğənnilər efirə çıxanda qrim edirdilər. İndiki kişi müğənnilərin bəziləri qrim nədir e, botoks vurdurur, başına “kraska” qoyur, qaşını alır…”

Bunu tanınmış müğənni Əli Mirəliyev kişi müğənnilərlə bağlı tənqidi fikirlərini Yenicag.az-la bölüşərkən deyib.

Sənətçi həmin müğənnilərlə bağlı qalmaqallı açıqlama verərək onlara sual da ünvanlayıb:

“Yekə kişisən, üzünə gel, dodağına boya çəkib efirə çıxırsan. Soruşanda da deyirsən ki, sənət adamıyam, başqalarından fərqlənməliyəm. Başa düşürəm, pul qazanmaq, toy tutmaq üçün belə edirsən, amma ayıbdır axı. Bəs efirdən çıxıb evinə, uşaqlarının, nəvələrinin yanına qayıdanda onların üzünə necə baxırsan? Utanmırsan? Bu sağ müğənniləri qoyaq bir kənara, dünyasını dəyişən sənətçilər arasında da elələri olub. Məşhur xanəndə tanıyıram ki, efirə çıxanda dodağına “pomada” çəkib, üzünə “pudra” vurub. Demişəm, oxuduğun qəzəllərdən ayıbdır axı. Deyib, neyniyim e, səhnə adamıyam. Adını çəkmək istəmirəm. Təsəsüflər olsun ki, bu gün kişilərdə arvadlaşma, arvadlarda da kişiləşmə prosesi gedir. Sənət adına ləkədir onlar…”

Cəvahir

www.yenicag.az

519
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv