!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Lavrovun Azərbaycan səfərinin mümkün SƏBƏBİ: "Rusiya sülhməramlılar üçün mandat almağa çalışacaq"

!Reklam – Yazi

“Qarabağda 2 min rus əsgəri 50 minlik Azərbaycan əsgərinin mühasirəsindədir”.

Bu fikri Rusiyanın Qarabağ üzərindən istədiklərini dəyərləndirən politoloq Zərdüşt Əlizadə Yenicag.az-a açıqlamasında səsləndirib.

Zərdüşt Əlizadə bildirib ki, Rusiya Azərbaycandan sülhməramlılar üçün mandat almağa çalışacaq:

“Ermənistan çox hoppanıb-düşə bilər, ancaq İrəvan Moskva üçün problem deyil. Ermənistan Rusiyanın cibindədir. Onların müqavimət göstərmək gücü məhduddur.

Azərbaycan istəyir ki, ərazi bütövlüyünü tam şəkildə bərpa etsin və Rusiya sülhməramlılarına mandat verməsin. Mandat verə bilər, ancaq nəyin əvəzində?

Rusiya iki seçim qarşısındadır. Azərbaycan tələb edir ki, Laçın yolunda gömrük məntəqəsi qursun. Bundan əlavə, Qarabağ erməniləri ilə danışmağa başlasın. İndiyə qədər ruslar Azərbaycanın Qarabağ erməniləri ilə danışmasına imkan vermir. Bunun baş tutmaması üçün Ruben Vardanyanı Qarabağa göndərdi.

Rəsmi danışıqlar baş verməsə də, de-fakto Qarabağ erməniləri ilə danışıqlar gedirdi. Ruben gələn kimi müstəqillikdən danışmağa başladı. Ondan əvvəlkilər isə müstəqillikdən nağıllar oxumurdular.

Rəsmi Bakı açıq şəkildə bəyan etdi ki, Vardanyanla danışmayacaq. Azərbaycan təzyiqi bir qədər də artımaq üçün ekofəalların piketini təşkil etdi. Rusiya gördü ki, vəziyyət çətindir. Hərbi müdaxilə edə bilmir. Qarabağda 2 min rus əsgəri 50 minlik Azərbaycan əsgərinin mühasirəsindədir. Ona görə də güzəştə getməli oldu və Vardanyanı yığışdırdı.

Lavrov İlham Əliyevlə görüşməyə gəlir. O, Azərbaycan Prezidentindən rus sülhməramlılarına mandat almağa çalışacaq. İndi vəziyyət elədir ki, Azərbaycan heç bir güzəştə getməməlidir. Laçın yolunda gömrük məntəqəsinin qurulmasını tələb etməlidir. Azərbaycan yalnız erməni silahlıları çıxarılsa, mandatın uzadılması ilə bağlı düşünə bilər”.

Səxavət Məmməd

www.yenicag.az

314
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv