!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Lavrovun Azərbaycana səfərinin maraqlı tərəfi ondan ibarətdir ki..." - ŞƏRH

!Reklam – Yazi

“Hər halda, hansısa yekun bəyannamə imzalanmasa da, mühüm irəriləyişlərin əldə ediləcəyi şübhəsizdir”.

Bunu Rusiya xarici işlər naziri Sergey Lavrovun Azərbaycana gözlənilən səfərini şərh edən politoloq Tural İsmayılov Yenicag.az-a açıqlamasında deyib.

O bildirib ki, Lavrovun səfəri Azərbaycan-Ermənistan münasibətlərində köklü dəyişikliklərə səbəb olmayacaq:

“Çünki iki ölkə arasında münaqişənin bu vəziyyətə gəlib çıxmasında Rusiyanın həlledici rol oynamadığını nəzərə almaq lazımdır. Tarix boyu Rusiya regionda gərginliyin aradan qalxmasına çalışmayıb.
İstənilən halda, Lavrovun Azərbaycana səfərinin maraqlı tərəfi ondan ibarətdir ki, son dövrlər özəlliklə Ermənistanda kəskin antiRusiya meyilləri artıb. Rusiya ilə Ermənistan hakimiyyəti arasındakı çatlar, eyni zamanda, münasibətlərdəki problemlər daha da dərinləşir. Bu rakursdan Lavrovun Bakıya səfəri Ermənistan-Rusiya münasibətlərinin pisləşməyi fonunda Azərbaycan-Rusiya münasibətlərinin gələcəyi, həmçinin Rusiyanın Azərbaycanla Ermənistan münasibətlərində oynayacağı vasitəçilik rolunun davamı baxımından maraqlı olacaq.

Hər halda, hansısa yekun bəyannamə imzalanmasa da, mühüm irəriləyişlərin əldə ediləcəyi şübhəsizdir”.

Nəsimi Ələsgərli

www.yenicag.az

316
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv