!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Lavrovun Bakı səfərindən sonra atılacaq mümkün ADDIMLAR: "Zəngəzur dəhlizinin açılması..." - ŞƏRH

!Reklam – Yazi

“Üçtərəfli bəyanatın müddəalarının yerinə yetirilməsi ilə əlaqədar nöqtənin qoyulması mərhələsinə gəlinəcək”.

Bu sözləri Rusiya xarici işlər naziri Sergey Lavrovun Bakı səfərini dəyərləndirən politoloq Yusif Bağırzadə Yenicag.az-a açıqlamasında deyib.

Yusif Bağırzada Lavrovun səfərini müsbət qiymətləndirib:

“Lavrovun səfərinə pozitiv baxıram. Ötən ilin fevral ayının 22-də Rusiya ilə Azərbaycan arasında strateji tərəfdaşlıq müqaviləsi imzalandı. Lavrovun Bakı səfəri kifayət qədər ciddidir.

Hesab edirəm ki, onun səfəri Zəngəzur dəhlizinin açılması ilə əlaqədardır. 3 gün öncə Avropa İttifaqına daxil olan dövlətlərin tranzit yüklərinin Rusiyadan daşınması qadağan edildi. Azərbaycan hazırda Rusiyaya çox lazımdır.

Rusiya mətbuatında Zəngəzur dəhlizinin açılmasının Rusiya üçün vacibliyindən, hətta Türk Dövlətlər Birliyinin inkişafında maraqlı olması haqqında ciddi fikirlər yayımlanır.

Bundan əlavə Rusiya, Ermənistan və Azərbaycan arasındakı 10 noyabr 2020-ci ildəki bəyanatın müddəalarının yerinə yetirilməsi ilə əlaqədar nöqtənin qoyulması mərhələsinə gəlinəcək”.

Səxavət Məmməd

www.yenicag.az

398
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv