!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Lavrovun "sülh göyərçin"i: "Rusiya Bakı ilə münasibətlərdə üçüncü tərəf istədiyi üçün..."

!Reklam – Yazi

“Rusiya regionda münaqişənin bitməsini istəmir”.

Bu fikirləri Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Ermənistanl Azərbaycan arasında imzalanacaq sülh müqaviləsinin Qarabağ məsələsindən kənarda dəyərləndirilməsilə bağlı söylədiklərini dəyərləndirən politoloq Turan Mirzəyev Yenicag.az-a açıqlamasında deyib.

O bildirib ki, Lavrovun mövzuya baxışı Rusiyanın mövqeyini əks etdirir:

“Qarabağ Azərbaycanın beynəlxalq hüquqla tanınan ərazisidir. Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıdığını deyib. Lakin Azərbaycanın ərazi bütövlüyünü Qarabağ daxil tanıyıb-tanımadığını qeyd etməyib. Belə açıqlamalar ikibaşlı qarşılanır.

Lavrov da bir sıra bəyanatlarla ikibaşlı mövqe sərgiləyir. Azərbaycanın ərazi bütövlüyü Rusiya tərəfindən qəbul edilib. Sülh məsələsini Ermənistanla deyil, Qarabağdakı separatçılarlamı müzakirə edək? Lavrovun bu açıqlamasına Azərbaycan nota tətbiq etməlidir.

Rusiya regionda münaqişənin bitməsini istəmir. İlin sonuna qədər münaqişənin bitməsi üçün müsbət addımların atılacağını gözləyirdik. Lakin Rusiyanın müdaxilələri nəticəsində sülh əldə olunmayıb.

Rusiya Bakı ilə münasibətlərdə üçüncü tərəf istədiyi üçün Ruben Vardanyanı separatçılara lider təyin edərək Xankəndiyə göndərib. Plan gələcək proseslərin Bakı-İrəvan arasında deyil, Xankəndi-Bakı arasında müzakirə olunmasıdır. Bakı qəti şəkildə Vardanyanla danışığa getməyəcək. Belə bir danışıq yalnız rəsmi Bakının təyin etdiyi erməniəsilli Azərbaycan vətəndaşının rəhbərliyi ilə mümkün ola bilər”.

Nəsimi Ələsgərli

www.yenicag.az

2079
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv