!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Lavrovun yeni təhdidləri təbliğatdan başqa bir şey deyil” - Almaniyalı nazir

!Reklam – Yazi

“Onlar Qərbin Ukraynaya göstərdiyi hərbi yardımlara görə belə danışırlar”.

Yenicag.az pravda.com-ua-ya istinadən xəbər verir ki, bu fikirləri Almaniyanın xarici işlər naziri Annalena Berbok Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Ukraynadakı “xüsusi hərbi əməliyyat”ın sərhədlərini genişləndirmək barədə xəbərdarlığına cavab olaraq deyib.

Almaniyalı nazirin fikrincə, Lavrovun bu bəyanatı Rusiyanın təbliğat xarakterli növbəti gedişindən başqa bir şey deyil.

“Bu, Rusiyanın yeni təbliğatıdır. Moskva bu məqsədlə hər dəfə yeni “arqument”ə əl atır. Onlar Qərbin Ukraynaya göstərdiyi hərbi yardımlara görə belə danışırlar. Ancaq onlar onsuz da Kiyevə və Ukraynanın digər ərazilərinə hücum etmişdilər”.

www.yenicag.az

294
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv