!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Layihədə üzvlərin sayının 10 min nəfərdən 5 minə qədər azaldılmasını doğru saymıram” – Partiya sədri

!Reklam – Yazi

“Partiya üzvlərinin reyestri haqda müddəanın layihədən çıxarılması çox vacibdir ”.

Bu fikirləri Milli Məclisdə birinci oxunuşda qəbul olunan “Siyasi partiyalar haqqında” qanun layihəsinə edilmiş dəyişiklikləri dəyərləndirən Azad Vətən Partiyasının (AVP) sədri Akif Nağı Yenicag.az-a açıqlamasında deyib.

Partiya sədrinin fikrincə, parlamentdə növbəti oxunuşlarda layihəyə ciddi dəyişikliklərin edilməsi istisna deyil:

“Açığı, layihədə partiya üzvlərinin sayının on min nəfərdən beş min nəfərə qədər endirilməsinə dair dəyişikliyi doğru saymıram. Məncə, on min nəfərlik tələb saxlanılmalı idi.

Hesab edirəm ki, növbəti oxunuşlarda layihəyə ciddi dəyişikliklər ediləcək. İlk növbədə, partiya üzvlərinin reyestri haqda müddəanın layihədən çıxarılması çox vacibdir. Bunu mütərəqqi maddə adlandırmaq olmaz.

Çünki insanlar partiyaya üzv olarkən şəxsi məlumatlarının bazaya salınmasından narahatdırlar. Parlamentdə keçirilmiş dinləmələrdə də bir çox partiya sədri bu məsələni qabartdı. Ona görə də, ilk növbədə, bu maddənin götürülməsi zəruridir”.

A.Zeynalov

www.yenicag.az

470
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv