!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Lazım olan hər şey verilib, Ukrayna döyüşə bilmir” – AMERİKALI ANALİTİK

!Reklam – Yazi

“Qərb Ukraynanı lazım olan hər şeylə təmin edib, ancaq ukraynalılar bundan yaxşı istifadə etmirlər”.

Yenicag.az xəbər verir ki, bunu Britaniya Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun (IISS) və Yeni Amerika Təhlükəsizliyi Mərkəzinin (CNAS) baş elmi işçisi Frans-Stefan Qadi Ukraynadakı müharibə zonasına səfərindən sonra müşahidələrini bölüşdüyü hesabatda deyib.

Bir qrup Qərb hərbi analitiki Ukraynaya – döyüş bölgəsinə səfər edib. Onlar Ukrayna qoşunlarının Zaporojye və Donetsk istiqamətlərində necə fəaliyyət göstərdiklərini şəxsən görmək, genişmiqyaslı hücumun qeyri-kafi tempi barədə öz nəticələrini hesabat şəklində dərc etmək istəyiblər.

Hesabatın müəlliflərindən biri də Qadidir.

Qadi bildirib ki, əks-hücumun aşağı tempinə səbəb olan bir neçə amil var:

“Ukrayna Silahlı Qüvvələrinin pis taktikası, yəni düzgün döyüş əməliyyatları keçirə bilməməsi, bölmələr arasında koordinasiyanın olmaması əməliyyatların keyfiyyətini aşağı salır. Bu amillər hücum əməliyyatlarının Qərbin proqnozlaşdırdığı kimi getməməsinə səbəb olur.

Ukrayna rəsmiləri irəliləyişin ləng olmasının əsas amili kimi Rusiyanın minalanmış sahələrini göstərirlər. Ukrayna Silahlı Qüvvələrinin əsas çatışmazlığı geniş miqyasda mürəkkəb birləşmiş hərbi əməliyyatlar apara bilməməsidir.

Qərb Ukraynanı lazım olan hər şeylə təmin edib, ancaq ukraynalılar bundan yaxşı istifadə etmirlər. Onlar manevrə deyil, ardıcıl atəşə arxalanaraq məhvetmə strategiyasına keçib. Ukrayna ordusunun kassetli sursatlara ehtiyacı məhz bu səbəbdən yaranır.

ABŞ və müttəfiqləri Ukrayna Silahlı Qüvvələrinin ümumilikdə 17 briqada döyüş qrupuna – 63 min ukraynalı hərbçiyə təlim keçib. ABŞ istisna olmaqla, dünyada heç bir ordu geniş miqyasda bu cür birləşmiş döyüş əməliyyatları keçirməyə qadir deyil. Lakin hətta Birləşmiş Ştatların silahlı qüvvələri də bu müdafiə təbəqələrini yarmaqda çox çətinlik çəkərdi. Çünki hazırda Qərb ordusunun belə rusların Ukraynanın cənubunda və şərqində qurduğu müdafiə xəttini yarmaq təcrübəsi yoxdur”.

Nəsimi Ələsgərli

www.yenicag.az

298
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv