!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Lend-liz qanununun AQİBƏTİ: Ukrayna ABŞ-dən hansı yardımı istəyir?

!Reklam – Yazi

Rəsmi Kiyev ABŞ-də Ukraynaya yardım üçün ötən il qəbul edilmiş lend-liz qanununun müddətinin uzadılmasına çalışır.

Yenicag.az pravda.com.ua-ya istinadən xəbər verir ki, bu barədə Ukraynanın ABŞ-dəki səfiri Oksana Markarovanın açıqlamasında qeyd olunub.

Onun sözlərinə görə, Ukrayna ABŞ-nin qəbul etdiyi lend-liz qanununun müddətinin uzadılması istiqamətində səylərini artırıb:

“Bu il sentyabrın sonlarında lend-liz qanununun müddəti başa çatır. Lakin biz onun müddətinin uzadılması yönündə fəal surətdə işləyirik. Təkliflərimiz artıq Ağ Evdə dəstəklənib, hazırda Senatda müvafiq işlər aparılır.

Ümid edirəm ki, həmkarlarımızı bizə artırılmış büdcə ilə qrant ayırılmasına inandıra biləcəyik. Əgər bu məsələdə hər hansı yubanmalar, yaxud da çətinliklər olarsa, o halda lazımi silahların icarəyə götürülməsi çox vacibdir”.

www.yenicag.az

215
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv