!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Lənkəran və Astara rayonlarında yeni məktəb modelinin qurulması üzrə seminarlar keçirildi - FOTO

!Reklam – Yazi

Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyəti Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi ilə “Lənkəran və Astara rayonları məktəblərində ictimai aktıv məktəb modelinin qurulması” adlı layihə işləri çərçivəsində Lənkəran və Astara rayonlarında yerləşən orta məktəblərdə orta məktəb şagirdləri üçün seminarlar keçirib.

Yenicag.az xəbər verir ki, layihənin məqsədi məktəb və cəmiyyətin tərəfdaşlığını inkişaf etdirmək, ümumtəhsil müəssisəsində iştirakçılıq, könüllülük fəaliyyətinin genişləndirilməsi, şagirdlərin ictimai fəallığını inkişaf etdirməklə onların sosiallaşması, məktəblərdə sosial iştirakçılığı yüksəltməklə ictimai aktiv məktəb modelinin yaradılmasına dəstək göstərməkdir.

Seminarlar vasitəsilə Lənkəran və Astara məktəblərinin şagirdlərinin ictimai fəal məktəb modeli və fəal iştirak, könüllülük, liderlik və sosial tərəfdaşlıq mövzularında məlumatlılıq səviyyəs artırılmışdır Eyni zamanda orta məktəb şagirdlərinin ictimai fəallığa həvəsləndirilməsi, yerli səviyyədə təhsil və sosial problemlərin həllində aktiv iştirakçılığa, müasir dünyagörüşünə, yüksək intellektə və mədəniyyətə sahib olmaq, sağlam, təhlükəsiz bir həyat tərzi keçirmələri sahəsində bilik, bacarıq və vərdişlərin artırılması əsas hədəflərdən olub.

Seminarlarda ekpert iştirakçılara İctimai Fəal Məktəb haqqında geniş bilik və informasiyalar vermişdir. İctimai fəal məktəbin əsas eleməntləri təhsilə istiqamətlənmək, məktəb, ailə və icma əlaqəsi, uzadılmış saatlar və genişləndirilmiş öyrənmə imkanları, davamlılıq, bütöv məktəbin transformasiyası, eləcə də, icma məktəblərinin 4 sütunu əlaqələndirilmiş tələbə dəstəyi, uzadılmış öyrənmə vaxtı və imkanları, ailə və ictimaiyyətin iştirakı, birgə liderlik və təcrübə haqqında məlumatlar verib.

Seminarda qeyd edilmişdir ki icma məktəbləri şagirdlərin təhsil və həyat uğurlarını dəstəkləmək üçün “şagird mərkəzli” yanaşmanı tətbiq edirlər. Bu o deməkdir ki, onlar tələbələrin sosial və emosional inkişafına, eləcə də onların akademik öyrənmələrinə açıq şəkildə diqqət yetirirlər, onların bir-birinə bağlı olduğunu və bir-birini gücləndirdiyini dərk edirlər. İnteqrasiya edilmiş tələbə dəstəyinin təmin edilməsi məktəbin hər hansı bir şəxs tərəfindən deyil, birgə şəkildə idarə olunması deməkdir. Bildirilib ki salideynlər, nənə və babalar, qardaşlar, qonşular və digər icma dostları məktəbin vacib hissələridir. Bütün xidmət təmin edən icma məktəbləri, tələbə dəstəyini artırmaq üçün bütün insanları bir araya gətirən qonşuluq mərkəzləri kimi fəaliyyət göstərir. Məqsədlər və strategiyalar yaratmaq, tələbələrin tərəqqisini izləmək və müvəffəqiyyətə aparan maneələri müəyyən etmək və istiqamətləndirmək üçün komanda şəklində işləyirlər.

Seminarda iştirakçıların sualları cavablandırılmış, çap vasitələri paylanmış və onlara serifikatlar təqdim edilib.

www.yenicag.az

313
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv