!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Lənkəranda 15 yaşlı oğlan anafilaktik şokdan öldü

!Reklam – Yazi

Lənkəranda yeniyetmə anafilaktik şokdan ölüb.

Yenicag.az xəbər verir ki, Lənkəran rayonunun Osaküçə kənd sakini, 2008-ci il təvəllüdlü Məhəmməd Zahid oğlu Nəcəfov gecə saatlarında ağır vəziyyətdə Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıb. Həkimlər yeniyetməyə dəqiqləşdirilməmiş anafilaktik şok diaqnozu qoyub və təcili olaraq reanimasiya şöbəsinə yerləşdiriblər. Yeniyetmə bu gün xəstəxanada dünyasını dəyişib.

Meyit müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır./APA

www.yenicag.az

196
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv