!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Lənkəranda AĞIR QƏZA - Ölən və yaralananlar var - YENİLƏNİB

!Reklam – Yazi

Ələt-Astara magistral yolun Lənkəran rayon Boladi kəndindən keçən hissəsində baş verən yol qəzasında yeddi nəfər yaralanıb.

Yenicag.az xəbər verir ki, yaralılar 2007-ci il təvəllüdlü Süleymanov Rüfət Valeh oğlu, 2009-cu il təvəllüdlü Süleymanova Gülsüm Valeh qızı, 1973-cü il təvəllüdlü Süleymanov Valeh Kamal oğlu, 1983-cü il təvəllüdlü Süleymanova Afət Təvəkkül qızı, 1980-ci il təvəllüdlü Süleymanova Nuranə Süleyman qızı, 2001-ci il təvəllüdlü Süleymanlı Səkinə Elman qızı və onun əkiz bacısı Süleymanlı Fatimə Elman qızı TƏBİB-in tabeliyində fəaliyyət göstərən Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə çatdırılıblar.

Xəstələrə ilkin tibbi xidmətlər göstərilib. Yaralılara bud sümüyünün sınığı, təpə nahiyəsinin əzilmiş-didilmiş yaraları, sağ yuxarı ətraf və burnun sıyrılmış yaraları diaqnozu qoyulub.

***

İyulun 15-də saat 22:00 radələrində Ələt-Astara avtomobil yolunun Lənkəran rayonunun ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan Yenicag.az- a verilən məlumata görə, Elman Süleymanovun idarə etdiyi “Mitsubishi Pajero” markalı avtomobili yoldan çıxaraq aşıb.

Nəticədə sürücü hadisə yerində ölüb, avtomobildə olan sərnişinlər isə xəsarət almayıb.

Faktla bağlı araşdırma aparılır. Qeyd edək ki, E. Süleymanov polis nəfəridir.

www.yenicag.az

669
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv