!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Lənkəranda DƏHŞƏT: Oğlunun boğazını kəsib öldürən ata intihar etdi - YENİLƏNDİ

!Reklam – Yazi

Prokurorluq Lənkəran rayonunda atanın oğlunun boğazını kəsib, sonra intihar etməsi ilə bağlı məlumat yayıb.

Rayon prokurorluğundan Yenicag.az-a daxil olan məlumatda deyilir:

“Sentyabrın 3-ü saat 13 radələrində Lənkəran rayonu Zövlə kəndi ərazisindən keçən çayda rayon sakini 1979-cu il təvəllüdlü Şaiq Məmmədov və oğlu 2012-ci il təvəllüdlü Vahid Məmmədlinin meyitlərinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılan ilkin araşdırmalarla müəyyən edilib ki, Şaiq Məmmədov qeyd edilən ərazidə bıçaqla oğlu Vahid Məmmədlinin boyun nahiyəsinə xəsarət yetirib onu qəsdən öldürdükdən sonra həmin bıçaqla öz boyun nahiyəsinə xəsarət yetirərək özünü öldürüb.

Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 125-ci (özünü öldürmə həddinə çatdırma) maddələri ilə cinayət işi başlanıb.

Hazırda istintaq davam edir”.

*

Lənkəranda oğlunun boğazını kəsən ata özü də intihar edib.

Yenicag.az “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Zövlə kəndində baş verib.

Belə ki, yaxınları hadisədən bu gün xəbər tutublar. Onlar ata və oğlunun meyitlərini kəndə yaxın ərazidə – Ulum çayından tapıblar.

İlkin məlumatlara görə, 1979-cu il təvəllüdlü Şaiq Həzi oğlu Məmmədov 9 yaşlı oğlu Vahid Məmmədovun boğazını kəsib, daha sonra özü də arterial qan damarını kəsərək intihar edib və meyiti çaya düşüb.

Yaxınları bildirib ki, Ş.Məmmədov məhkumluq həyatı yaşayıb. Ailəsi ilə boşanıb. Oğlu da anası ilə yaşayıb. Bir müddət əvvəl oğlu V.Məmmədov atasının yanına qayıdıb.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

www.yenicag.az

1156
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv