Reklam

Reklam

Lənkəranda evdən çıxaraq geri qayitmayan 1990-cı il təvəllüdlü Fərid Nazim oğlu Ağayev tapılıb.

APA-nın cənub bürosunun xəbərinə görə, F. Ağayev ailəsinə zəng vuraraq olduğu yer barədə məlumat verib, daha sonra isə evə qayıdıb.

F. Əliyevin hansı səbəbdən evdən getdiyi və bir neçə günü harada keçirdiyi açıqlanmayıb.

Qeyd edək ki, Tereşkova küçəsi, ev 14-də qeydiyyatda olan F. Əliyev fevralın 26-da axşam saatlarında çayxanaya getmək adı ilə evdən çıxıb və bu geri qayıtmayıb. Telefonuna zəng çatmadığından, yaxınları onunla əlaqə saxlaya bilməyiblər.

***

Lənkəran şəhər sakini itkin düşüb.

Yenicag.az APA-ya istinadən xəbər verir ki, Lənkəran şəhəri Tereşkova küçəsi, ev 14-də qeydiyyatda olan 1990-cı il təvəllüdlü Fərid Nazim oğlu Ağayev fevralın 26-da axşam saatlarında çayxanaya getmək adı ilə evdən çıxıb, geri qayıtmayıb.

İki uşaq atası olan F. Ağayevin şəxsiyyət vəsiqəsini və digər əşyalarını da evdə qoyub.

Ailə üzvləri məsələ ilə bağlı polisə məlumat veriblər. F.Ağayevin işsiz olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 3255
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."