Lənkəranda evdən çıxaraq geri qayitmayan 1990-cı il təvəllüdlü F.A tapılıb.
APA-nın cənub bürosunun xəbərinə görə, F.A ailəsinə zəng vuraraq olduğu yer barədə məlumat verib, daha sonra isə evə qayıdıb.
F. A-nın hansı səbəbdən evdən getdiyi və bir neçə günü harada keçirdiyi açıqlanmayıb.
Qeyd edək ki, F. A fevralın 26-da axşam saatlarında çayxanaya getmək adı ilə evdən çıxıb və bu geri qayıtmayıb. Telefonuna zəng çatmadığından, yaxınları onunla əlaqə saxlaya bilməyiblər.
***
Lənkəran şəhər sakini itkin düşüb.
Yenicag.az APA-ya istinadən xəbər verir ki, 1990-cı il təvəllüdlü F.A fevralın 26-da axşam saatlarında çayxanaya getmək adı ilə evdən çıxıb, geri qayıtmayıb.
İki uşaq atası olan F. A şəxsiyyət vəsiqəsini və digər əşyalarını da evdə qoyub.
Ailə üzvləri məsələ ilə bağlı polisə məlumat veriblər. F.A işsiz olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.