!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Lənkəranda qanunsuz işləyən şirniyyat istehsalı müəssisəsi aşkarlandı

!Reklam – Yazi

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları daxil olan vətəndaş şikayəti əsasında Lənkəran şəhəri, Kələntərlilər küçəsində fəaliyyət göstərən, Tağıyev Əyyar Təyyar oğluna məxsus şirniyyat istehsalı müəssisəsində plandankənar yoxlama keçirib.

AQTA-dan Yenicag.az-a verilən məlumata görə, baxış zamanı obyektin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi, temperatur rejiminin pozulduğu, mütəmadi olaraq müvafiq təmizlik işlərinin aparılmadığı, işçi heyətin dövri tibbi müayinədən keçmədiyi və digər nöqsanlar aşkarlanıb.

Nöqsanlarla bağlı qanunvericiliyə uyğun olaraq müəssisənin fəaliyyəti məhdudlaşdırılıb və rəhbəri barəsində inzibati protokol tərtib edilib.

www.yenicag.az

205
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv