!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Lənkəranda şəhid ailələrinə bayram sovqatı paylanıldı

!Reklam – Yazi

Yeni Azərbaycan Partiyası Lənkəran rayon təşkilatı rayonda Qurban bayramı münasibətilə şəhid ailələrinə bayram sovqatı paylayıb.

Yenicag.az xəbər verir ki, ənənəvi olaraq hər il olduğu kimi bu il də YAP Lənkəran rayon təşkilatı Qurban bayramı münasibətilə şəhid ailələrinə bayram sovqatı paylanılması təşəbbüsu göstərərək nəcib aksiya keçiriblər.

YAP fəalı, mexanika üzrə fəlsəfə doktoru, sahibkar Emin Bağırov Qurban bayramı çərçivəsində şəhid, aztəminatlı ailələrə dəstək nümayiş etdirməklə nümunəvi addım atıb.

Tədbirdə YAP Lənkəran rayon təşkilatının sədri İ.Əmənullayev, təşkilatın əməkdaşları, bir qrup şəhid ailələri, ictimaiyyət və KİV nümayəndələri iştirak etmişlər.

Qurban bayramı münasibətilə YAP Lənkəran rayon təşkilatı tərəfindən şəhid ailələsi ziyarət edilmiş və onlara bayram sovqatları paylanılmışdır.

Şəhid ailələri Qurban bayramının xalqımız və millətimiz üçün xeyirli-uğurlu olmasını arzulayaraq, ölkə rəhbəri Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya xoş arzularını ifadə ediblər.

Övladlarının adlarının yaşadılması istiqamətində görülmüş bütün işləri dövlətin və ölkə başçısının şəhidlərimizə, onların ailələrinə göstərilən diqqət və qayğının əyani sübutu kimi dəyərləndirmişlər.

Qeyd edək ki, ümumilikdə Qurban bayramı aksiyasında Lənkəranda 57 şəhid və 38 aztəminatlı olmaqla umumilikdə 95, Astarada isə 42 şəhid ailəyə bayram sovqatı paylanmışdır.

www.yenicag.az

1034
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv