!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

Lənkəranda tank əleyhinə mina tapılıb

!Reklam – Yazi

Lənkəran şəhərində dəniz kənarında mina tapılıb.

Yeniçağ.Az Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin məlumatına istinadən xəbər verir ki, dəniz kənarında 1 ədəd tank əleyhinə təlim minası (TM-62 P3) aşkar edilərək zərərsizləşdirilməsi üçün götürülüb.

Ümumilikdə Agentlik tərəfindən 01 yanvar – 12 fevral 2017-ci il tarixlərində Ağdam, Ağstafa, Füzuli, Şamaxı, Xızı, Beyləqan, Tovuz, Lənkəran və Cəbrayıl rayonları, Lənkəran, Gəncə, Şirvan və Tərtər şəhərlərində 3 otlaq sahəsinə, 1 əkin sahəsinə,1 hərbi hissənin yaxınlığına, 14 ev və həyatyanı sahəyə, su arxına, dəniz və yol kənarına, avtobaza ərazisinə, körpü ərazisinə, istirahət mərkəzinə, yaşayış binasının yaxınlığına baxış keçirilib, 1 521 ədəd partlamamış hərbi sursat, 34 ədəd tank əleyhinə mina və 2 ədəd piyada əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib, 91 060 kv.m ərazi (56 860 kv.m ərazi əl ilə və 34 200 kv.m ərazi mexaniki üsulla) yoxlanılıb.

Yeniçağ.Az

www.yenicag.az

510
Ads
www.veteninfo.com
!Reklam – Arxiv