Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Lənkərandan Türkiyəyə qaçan gəlin danışdı

nergizveeri2dfg2 yaşlı qızıyla birlikdə Türkiyəyə sevgilisinin yanına qaçdığı iddia olunan Lənkəran şəhər sakini Nərgiz Qasımova danışıb.

AzNews.az-a açıqlama verən N.Qasımova əri Fərəc Qasımovun ona böhtan atdığını, Türkiyəyə qızı Ruhəngiz Qasımovanın müalicəsi məqsədilə getdiyini bildirib: “O mənə şər atıb. Bildirir ki, guya buradan sevgilimin yanına qaçmışam. Halbuki mən uşağımın müalicəsi üçün getmişdim. Qızımın bədəni yanıb. Onu müalicə etdirmək üçün Türkiyəyə üz tutmuşam. Lakin həyat yoldaşım və ailəsi məni şərləyib. Biabır etmək istəyib”.

Ölkədən qaçdığı iddia olunan xanımın qanuni nümayəndəsi N.Qasımovanın Türkiyəyə hansı məqsədlə getdiyini sübut edən sənədləri redaksiyamıza təqdim edərək, ətraflı məlumat verib. Həmin sənədləri gün ərzində dərc edəcəyik.

www.yenicag.az

364