Reklam

Reklam

Bakıda gecə klubunda mahnı üstündə müştərini öldürməkdə təqsirləndirilən Vüsal İbrahimovun cinayət işi üzrə məhkəmə başa çatıb.

Yenicag.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə Vüsal İbrahimov 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Hadisə ötən il Nizami rayonu, “Neftçilər” metro stansiyası yaxınlığında yerləşən “Arbotaj” gecə klubunda baş verib. 1991-ci il təvəllüdlü İbrahimov Vüsal Bəhir oğlu işlədiyi barda mübahisə etdiyi müştəri Tovuz rayon sakini olan, 1989-cu il təvəllüdlü Atakişiyev Nurlan Azər oğlunu bıçaqlayıb. Su-tikinti xəstəxanasına aparılan Nurlan Atakişiyev orada dünyasını dəyişib.

Qeyd edək ki, ölümlə nəticələn hadisə müştərinin İstanbulda qətlə yetirilən kriminal avtoritet Rövşən Lənkəranskiyə aid mahnı sifariş verməsi üstündə baş verib.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 6937
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."