!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Lentsovun separatçılara "Laçın dəhlizi" sözü: "Rusların etdikləri nəticə verməyəcək" - ŞƏRH

!Reklam – Yazi

“Azərbaycan sərhədçiləri digər ölkələrlə olan sərhədləri necə qoruyurlarsa, Ermənistanla sərhədi elə qoruyacaqlar”.

Bu sözləri Rusiya sülhməramlı kontingentinin yeni komandiri Aleksandr Lentsovun Laçın dəhlizinin açılması üçün danışıqlar aparmasını şərh edən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Hərbi Polisinin keçmiş rəisi ehtiyatda olan polkovnik, hərbi ekspert Rövşən Məhərrəmov Yenicag.az-a açıqlamasında səsləndirib.

Rövşən Məhərrəmov bildirib ki, rusların etdikləri nəticə verməyəcək:

“Laçın dəhlizinin Azərbaycan ordusu tərəfindən nəzarətə götürülməsi mühüm məsələdir. Separatçılar Qarabağa silah-sursat daşıyır, İran hərbi təlimatçılarını gətirirdi. Hətta rəsmi Bakı həmin hərbi təlimatçılarının pasportlarını belə yayımlamışdı. Üçtərəfli bəyanatdan iki il yarım ötməsinə baxmayaraq, Rusiya razılaşmanın bir neçə bəndini yerinə yetirməyib. Əksinə, çox sayda qanunsuz hərəkətlərə göz yumublar.

Azərbaycan ordusu alternativ yolu bağladı, müəyyən yüksəklikləri əldə etdi. Bu iki hərəkət Laçın dəhlizinin Azərbaycan tərəfindən nəzarətə götürülməsi üçün hazırlıq idi.

Rusiya sülhməramlı kontingentinə yeni komandan təyin edildi. Aleksandr Lentsov general-polkovnikdir. O, müdafiə naziri Sergey Şoyqunun müavini idi. Bundan əlavə, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın Laçın dəhlizi barədə açıqlaması yersizdir. Azərbaycan ərazisində hələ də Araik Arutyunyan, Ruben Vardanyan kimi seperatçılar var. Hətta Qarabağa aidiyyatı olmayan şəxslər sülhməramlıların gözü qarşısında keçidlər edirdi. Rusiya yolun açılmasına nail ola bilməyəcək. Həmçinin təzə təyin edilmiş komandanın cəhdi də baş tutan deyil. Sərhəd xidmətimiz nəzarət-buraxılış məntəqəsini yaradıb. Bununla yanaşı, Dövlət Gömrük Komitəsinin əməkdaşları da orada fəaliyyətə start verib.

İki il yarım ərzində ruslar hansı müsbət iş gördülər ki, indi də Azərbaycandan müsbət addım gözləsinlər? Bizim heç bir ölkə ilə müqaviləmiz yoxdur ki, üçüncü bir dövlət gəlib dövlət sərhədində otursun. Azərbaycan sərhədçiləri digər ölkələrlə olan sərhədləri necə qoruyurlarsa, Ermənistanla sərhədi elə qoruyacaqlar. Ola bilər ki, sülhməramlıların nümayəndəsi sərhəd-buraxılış mənətəqəsindəki fəaliyyətdə iştirak etsin, ancaq onlar heç cür müdaxilə edə bilməz.

Yaxın günlərdə Laçın rayonu ərazisindəki müəyyən yüksəkliklərdə Azərbaycan ordusu nəzarəti ələ keçirdi. Bu yüksəkliklərin əhəmiyyəti ondan ibarətdir ki, Laçına köç başlayanda həmin yüksəklikdən vətəndaşlarımızın təhlükəsizliyini təmin etmək mümkün olacaq”.

Səxavət Məmməd

www.yenicag.az

1127
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv