!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Lerikdə dağda köməksiz vəziyyətdə qalan şəxslər xilas edildi

!Reklam – Yazi

Lerik rayonuna gəzintiyə gələn üç nəfərin çıxdıqları sərt dağlıq ərazidən düşə bilmədikləri ilə bağlı polisə məlumat daxil olub.

Yenicag.az-ın məlumatına görə, Lerik Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən təxirəsalınmaz tədbirlər zamanı müəyyən edilib ki, Lənkəran şəhər sakinləri Lerik rayonunun Buzeyir kəndindəki dağlıq ərazidə çıxdıqları qayalıqda köməksiz vəziyyətdə qalıblar.

Onlar əraziyə cəlb olunan polis əməkdaşlarının köməkliyi ilə təhlükəsiz əraziyə çıxarılıblar.

Xəsarət alan olmayıb./apa

www.yenicag.az

254
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv