!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

"Lex"in baş məşqçisi: "Bizi "Qarabağ"la ağır döyüş gözləyir" 

!Reklam – Yazi

“Geniş heyətimiz olsa da, bizi iyulun 12-də “Qarabağ”la ağır döyüş, gərgin səfər oyunu gözləyir”.

Yenicag.az xəbər verir ki, bunu “Lex”in baş məşqçisi Con van den Brom Bakıa “Qarabağ”a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab matçı barədə danışarkən deyib.

Niderlandlı mütəxəssis görüşün həddindən artıq çətin olacağını bildirib: “Bizi ağır döyüş gözləyir. Baş məşqçi kimi əlimdəki 22-23 futbolçunun hamısından istifadə etməliyəm”.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Lex” oyunu saat 20:00-da başlayacaq.

Xatırladaq ki, Poznandakı ilk görüşdə Ağdam təmsilçisi minimal hesabla uduzub – 0:1.

www.yenicag.az

334
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv