Reklam

Reklam

“Məzarın sadə olmasını mən istədim – sağ olsunlar, fikrimi soruşdular”.

Yenicag.az xəbər verir ki, milli lider Məhəmməd Əmin Rəsulzadənin polyak xanımı Leyla Rəsulzadənin Ankarada tapılmış məzarının bərpa olunması barədə məlumatı jurnalist Könül Şamilqızı öz “Facebook” səhifəsində yayıb:

“Bir yola çıxarkən arxanızda birilərinin dağ kimi durduğunu görməkdən gözəl heç nə yoxdur. Mən bir təşəbbüs göstərdim və Azərbaycan Kültür Dərnəyi dağ kimi arxamda durdu.

Böyük liderimiz Məhəmməd Əmin Rəsulzadənin xanımı Leyla Rəsulzadənin məzarı Azərbaycan Kültür Dərnəyinin təşəbbüsü, Anıtlar Dərnəyinin dəstəyi ilə bərpa edildi.

Məzarın sadə olmasını mən istədim, Sağ olsunlar, fikrimi soruşdular, mən də Leyla xanım kimi sadə və zərif, bir də üstündə həmişə çiçəklər olsun, dedim. Sabah gedib, o çiçəkləri öz əllərimlə əkəcəm. Çox xoşbəxtəm, qürurluyam”.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 1029
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."