!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Leyla Şıxlinskayanın yaxın adamı həbs edildi

!Reklam – Yazi

Leyla Şıxlinskayanın Quba rayonunda yerləşən obyektlərini idarə edən iş adamı həbs edilib.

Yenicag.az xəbər verir ki, Rəşid Qulu oğlu Mehdiyev Leyla Şıxlinskayaya məxsus Quba Bərpa Spa Mərkəzinə rəhbərlik edib. Həmçinin Rəşid Mehdiyev Rusiyaya mövsümi meyvələrin ixracı ilə də məşğul olub.

Nəzərinizə çatdıraq ki, Mehdiyev Rəşid Qulu oğlu vətəndaşlara qarşı dələduzluq edib. R.Mehdiyevə qarşı Daxili işlər Nazirliyi tərəfindən cinayət məcəlləsinin 182.3.2 (hədə-qorxu ilə külli miqdarda əmlak tələb etmə) maddəsi ilə cinayət işi başlanıb və o, yaşadığı Quba rayonunda saxlanılaraq təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib. Artıq ibtidai istintaq bitib və iş baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Qeyd edək ki, Leyla Şıxlinskaya Azərbaycanın ilk özəl klinikalarından biri olan “Leyla Medical Center”in rəhbəridir./unikal

www.yenicag.az

139
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv