!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Leysan yağdı, çaydan sel keçdi - FAKTİKİ HAVA

!Reklam – Yazi

Azərbaycanın bəzi ərazilərində şimşək çaxıb, arabir yağış yağıb, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olub.

Bu barədə Yenicag.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Düşən yağıntının miqdarı Zaqatalada 26 mm, Ordubadda 20 mm, Balakəndə 18 mm, Daşkəsəndə 12 mm, Gədəbəydə 8 mm, Göygöldə 7 mm, Culfada 6 mm, Şəmkir, Şahbuz, Naxçıvan, Gəncə, Sədərək, Tərtər, Ceyrançöl, Tovuz, Şəki, Şərur, Naftalanda 5 mm-dək olub.

Yağan leysan yağış nəticəsində Göygöl ərazisindən keçən Gəncəçay-Zurnabad çayından sel keçib.

Külək: İyunun 10-da şərq küləyi arabir Şabranda 20 m/s-dək, Naxçıvan, Xaltanda 16 m/s-dək güclənib.

Daşkəsən, Şəmkir, Balakən, Lerikdə duman müşahidə olunub.

Havanın temperaturu iyunun 10-da iqlim normasından 1.4 dərəcə yuxarı olub, havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 31° dərəcəyədək isti, Naxçıvan MR-da 33 dərəcəyədək isti, dağlıq rayonlarda 17-26 dərəcə isti, aran rayonlarında 33° dərəcəyədək isti olub.

www.yenicag.az

185
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv