!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Leysan yağdı, sel körpüləri uçurdu - VİDEO

!Reklam – Yazi

Ötən gecədən başlayan güclü yağış Astarada fəsadlar törədib. Bir neçə kənddə körpüləri sel aparıb. 40 -a yaxın kəndlə nəqliyyat əlaqəsi kəsilib, gediş-gəliş çətinləşib.

Yenicag.az Xezerxeber.az-a istinadən xəbər verir ki, Ərçivançayın daşması nəticəsində 200-ə yaxın ailənin həyətyanı sahələrinə sel suları dolub. Sel rayonun Təngərüd, Şiyəkəran, Pensər, Ərçivan kəndlərində daha təsirli olub.

Problemlərin aradan qaldırılması üçün FHN – in müvafiq qurumlarının texnikası və canlı qüvvəsi ərazilərə cəlb olunub. Köməksiz qalmış insanlar təxliyə edilib.

İntensiv yağışlar Lənkəranda da fəsadlar törədib. Lənkərançay çayı məcrasından çıxıb, sel suları həyətyanı sahələrə, evlərin içinə dolub. Rayonun əsasən Sütəmurdov kəndi, şəhərin Vüqar Kərimov küçəsi və çay kənarında olan evlər, həyətyanı sahələr sel suları ilə dolub.

Aidiyyəti qurumlar fəsadların aradan qaldırılması üçün əraziyə cəlb olunub.

Zaqatala rayonunda da dünən gecə saatlarından etibarən intensiv yağan yağış güclü külək və bəzi ərazilərdə dolu ilə müşahidə edilib. Aramsız yağan yağış, yenə də fəsadsız ötüşməyib. 200 dən artıq təsərrüfata ziyan dəyib.

Rayonun bir çox çaylarında suyun səviyyəsi artıb və nəticədə Qazangül qəsəbəsi, Yuxarı Tala, Aşağı Tala, Car, Yolayrıc kəndlərinə sel gəlib.

Qazangül qəsəbəsi və rayon mərkəzini birləşdirən körpünün kənarında iri oyuqlar yaranıb ki, bu da həmin ərazidə gediş -gəlişi məhdudlaşdırıb. Eyni zamanda çay kənarında olan evlər ziyan görüb.

Hazırda aidiyyəti qrumlar ərazidə müvafiq tədbirlər həyata keçirirlər.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

www.yenicag.az

277
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv