!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

LGBT Rusiyada QADAĞAN EDİLDİ - Ekstremist təşkilat kimi tanındı - RƏSMİ

!Reklam – Yazi

LGBT Rusiyada qadağan edilib və ekstremist təşkilat kimi tanınıb.

Yenicag.az xəbər verir ki, bu barədə Rusiya Ali Məhkəməsi qərar qəbul edib.

Rusiya Ali Məhkəməsi “LGBT hərəkatını” ekstremist təşkilat kimi tanıyıb və onun Rusiyada fəaliyyətini qadağan edib.

“Beynəlxalq ictimai LGBT hərəkatı ekstremist təşkilat kimi tanınsın və onun Rusiya ərazisində fəaliyyəti qadağan edilsin”, – hakim Oleq Nefedov qərarı elan edib.

Məhkəmə iclası bağlı qapılar arxasında keçirilib.

Bu, Rusiya hakimiyyətinin son bir ildə Rusiyanın LGBTQ+ icmasına qarşı üçüncü təşəbbüsüdür.

Məhdudiyyətlər LGBT təbliğatı, reklam, maraq yaratmaq və LGBT hərəkatında iştirak qadağasına riayət etmək zərurəti ilə bağlıdır.

Qadağa bunlara tətbiq olunacaq:  mavi rəngsiz göy qurşaqlı bayraq, hər cür tematik zolaqlar, paltarlardakı oxşar nişanlar, həmçinin paradlar, yürüşlər, mitinqlər və bu mövzuda tədbirlər.

Bunun pozulması minimum 12 ilə qədər həbs cəzası deməkdir.

Qərar qəbul edildikdən dərhal sonra qüvvəyə minib.

İndi LGBT üzvlərinin kimliyi təqib təhlükəsi altındadır.

Xuraman Etibarlı

www.yenicag.az

197
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv