!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İlham Əliyevdən Avropa çempionatı ilə bağlı Sərəncam

!Reklam – Yazi

nekroy7scisiPrezident İlham Əliyev “Voleybol üzrə qadınlar arasında Avropa çempionatının final mərhələsinin 2017-ci ildə Bakı şəhərində keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması haqqında” sərəncam imzalayıb.

Sənəddə deyilir ki, Avropa Voleybol Konfederasiyasının 2016-cı ilin sentyabr ayındakı yığıncağında 2017-ci ildə voleybol üzrə qadınlar arasında Avropa çempionatının final mərhələsinin 3 qrup oyununun, play-off mərhələsi oyunlarının və final oyununun 19 sentyabr–01 oktyabr tarixlərində Bakı şəhərində keçirilməsinə dair qərarı Azərbaycan Respublikasının idman sahəsində qazandığı nailiyyətlərə verilən yüksək qiymətin təzahürüdür. Ölkədə beynəlxalq səviyyəli tədbirlərin, xüsusən ilk Avropa Oyunlarının və Ümumdünya Şahmat Olimpiadasının, eləcə də bir çox idman növləri üzrə Dünya və Avropa çempionatlarının, Dünya Kuboku və Qran-Pri yarışlarının təşkilinin ənənəvi hal alması bu Avropa çempionatının da yüksək səviyyədə keçiriləcəyinə inam yaradır.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Bakı şəhərində 2017-ci ildə voleybol üzrə qadınlar arasında Avropa çempionatının final mərhələsinin layiqincə keçirilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. 2017-ci ilin sentyabr–oktyabr aylarında Bakı şəhərində voleybol üzrə qadınlar arasında Avropa çempionatının final mərhələsinin keçirilməsi ilə bağlı aşağıdakı tərkibdə Təşkilat Komitəsi yaradılsın:

Təşkilat Komitəsinin sədri

Yaqub Eyyubov – Azərbaycan Respublikası Baş nazirinin birinci müavini

Təşkilat Komitəsinin üzvləri

Hacıbala Abutalıbov – Bakı şəhər İcra Hakimiyyətinin başçısı
Fatma Abdullazadə – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri
Azad Rəhimov – Azərbaycan Respublikasının gənclər və idman naziri,
Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin vitse-prezidenti
Cavid Qurbanov – “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri, Azərbaycan Voleybol Federasiyasının prezidenti
Elmar Məmmədyarov – Azərbaycan Respublikasının xarici işlər naziri
Ramil Usubov – Azərbaycan Respublikasının daxili işlər naziri
Kəmaləddin Heydərov – Azərbaycan Respublikasının fövqəladə hallar naziri
Samir Şərifov – Azərbaycan Respublikasının maliyyə naziri
Mikayıl Cabbarov – Azərbaycan Respublikasının təhsil naziri
Ziya Məmmədov – Azərbaycan Respublikasının nəqliyyat naziri
Oqtay Şirəliyev – Azərbaycan Respublikasının səhiyyə naziri
Əbülfəs Qarayev – Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri
Ramin Quluzadə – Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar naziri
Mədət Quliyev – Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi
Elçin Quliyev – Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi
Cahangir Əsgərov – “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti
Balababa Rzayev – “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri
Çingiz Hüseynzadə – Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin vitse-prezidenti
Ağacan Abiyev – Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin Baş katibi
Faiq Qarayev – Azərbaycan Voleybol Federasiyasının vitse-prezidenti

2. Bu Sərəncamın 1-ci hissəsi ilə yaradılmış Təşkilat Komitəsi 2017-ci ildə voleybol üzrə qadınlar arasında Avropa çempionatının final mərhələsinin Bakı şəhərində keçirilməsinə dair Tədbirlər Planını hazırlayıb həyata keçirsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

 

www.yenicag.az

553
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv