!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Lider"in bağlanmasına teletənqidçidən MÜNASİBƏT

!Reklam – Yazi

“”Lider” kanalının bağlanması televiziya məkanında heç bir itkiyə səbəb olmayacaq”.

Bu sözləri sabahdan etibarən “Lider TV və Radio-Azərbaycan” MMC-nin fəaliyyətinin dayandırılmasına münasibət bildirən teletənqidçi, professor Qulu Məhərrəmli Yenicag.az-a açıqlamasında deyib.

Teletənqidçinin sözlərinə görə, “Lider” Tv-nin tarixində üzqarası olan verilişlər də olub:

“Əslində “Lider” televiziyasının bağlanmasına təəəssüflənirəm. Çünki “Lider” Tv televiziya tariximizdə alternativ informasiya mənbəyidir. Xüsusən də o vaxt yaranan Azərbaycan redakiyası çox qiymətli sənədli filmlər hazırlayıb. Görkəmli sənətkarımız Rafiq Əliyevin bədii rəhbərliyi ilə bir çox sənədli filmlər yer almışdı. Bu, “Lider” Tv üçün çox yaxşı dövr idi. Əlbəttə ki, televiziyanın tarixində üzqarası olan verilişlər də az deyil. “Lider”in efirində Azərbaycan mentalitetinə uyğun olmayan və bir sıra etik qaydaları pozan görüntülər yer alıb. Hazırda kanalın bağlanmasının əsas səbəbi kimi müflisləşməyi göstərilir. Yəni, artıq maliyyə mənbələri tapa bilmir”.

Gülşən Şərif

www.yenicag.az

577
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv