462684-02Bakının Yasamal rayonu ərazisində, Dadaş Bünyadzadə küçəsində yerləşən 16 mərtəbəli binada bədbəxt hadisə baş verib.

İçərisində 6 nəfərin olduğu lift şaxtaya düşüb.

İlkin məlumata görə, binanın ikinci mərtəbəsində liftə 6 nəfər minib. Bu vaxt liftdə nasazlıq yaranıb və o, şaxtaya düşüb. Hadisə nəticəsində 4 nəfər xəsarət alıb. Onlardan iki qadının xəsarətləri yüngül olsa da, digər iki yaralı xəstəxanaya aparılıb. Hadisə yerinə iki təcili tibbi yardım briqadası cəlb edilib.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırmalara başlanılıb. Yasamal Rayon Polis İdarəsinin əməkdaşları hadisə yerində müayinələr aparılıblar.

Qeyd edək ki, sakinlər yük daşınması üçün nəzərdə tutulan liftdən istifadə ediblər.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 22
Kateqoriyalar:
Etiketlər:
Mənbə:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."