!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Limitli ÇİMƏRLİKLƏR: “İşdən çıxıb dincəlməyə gəlirik, onu da burnumuzdan gətirirlər” - ŞİKAYƏT

!Reklam – Yazi

Hər il iyunun 15-dən etibarən Azərbaycanda çimərlik mövsümü başlayır. Təəssüf ki, istirahət üçün dənizə üz tutanlar çimərliklərdə bir çox qadağalara məruz qalır. Belə ki, axşama doğru vətəndaşların dənizə buraxılmasına icazə verilmir. Qarşı tərəf “biz buranı saat 6-da bağlayırıq” deyərək onların istirahətinə mane olur.

Yenicag.az-ın əməkdaşları məsələyə aydınlıq gətirmək üçün Bakıdakı bir neçə çimərliyə üz tutub.

İnsanların ən çox getdikləri yerlərdən biri olan “Şıxov” çimərliyində əməkdaşlarımız, həqiqətən, vaxtın limitlənməsinin şahidi olublar.

Belə ki, özünü sahil nəzarətçisi kimi tanıdan şəxs əlində səs ucaldan vasitə ilə vətəndaşlardan çimərliyi boşaltmalarını tələb edib.

Biz vətəndaş olaraq buna öz etirazımızı bildirsək də, dediklərimizi vecinə alan olmadı.

Məsələ ilə bağlı Qaradağ Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlamağa çalışdıq, lakin zəngimizə cavab verilmədi.

Sadiq Cavadov

www.yenicag.az

412
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv