!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Linkoln”un baş məşqçisi: “Qarabağ” çox üstün oyun nümayiş etdirdi”

!Reklam – Yazi

“Qarabağ” bu gün qələbəyə layiq idi, çox üstün oyun nümayiş etdirdi”.

Yenicag.az-ın məlumatına görə, bunu Cəbəllütariqin “Linkoln” klubunun baş məşqçisi Xavi Munyos Bakı Olimpiya Stadionunda “Qarabağ”a 0:4 hesabı ilə məğlub olduqları UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyunundan sonra mətbuat konfransında deyib.

İspaniyalı mütəxəssis güclü rəqiblə qarşılaşdıqlarını etiraf edib: “Qonaqpərvərliyə və xoş münasibətə görə, həm Bakı əhalisinə, həm də “Qarabağ” klubuna təşəkkürümü bildirirəm. İlk dəqiqələrdən mübarizə bizim üçün çətin oldu. Buna da hazır idik. Uduzmağımıza baxmayaraq, bütün komanda ilə qürur duyuruq. Avropada mübarizə aparan sadə klubuq. Bu gün də əlimizdən gələni etdik. Bundan sonra da belə olacaq”.

O, “Qarabağ”ın turnirdəki şanslarını da dəyərləndirib: “Qarabağ”ın oyununa bələdəm. Onlar bu mərhələdə mübarizə aparan istənilən komandanı məğlub edə bilər. Növbəti mərhələdə “Rakuv” önündə onlara asan olmayacaq. Amma “Qarabağ” qrup mərhələsinə düşməyə namizədlər sırasındadır”.

Qeyd edək ki, evdəki ilk oyunda da uduzan “Linkoln” (1:2) mübarizəni UEFA Konfrans Liqasında davam etdirəcək.

www.yenicag.az

219
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv