!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Lisenziyası ləğv edilən “Azərsığorta” kreditorlarına çağırış etdi - YENİLƏNDİ

!Reklam – Yazi

Ləğv prosesində olan “Azərsığorta” ASC-nin kreditorları bu il aprelin 16-na qədər tələblərinin ödənilməsi üçün şirkətin baş ofisinə (Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi, 31 ünvanına) müraciət etməlidirlər.

Bu barədə “Report”un sorğusuna cavab olaraq səhmdar cəmiyyətindən bildirilib.

Məlumata görə, bu zaman kreditorların yazılı müraciəti (tələbin məzmunu və məbləği göstərilməklə) təqdim olunmalıdır.

***

09:45

Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya Şirkətinin və “Azərsığorta” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 16 iyul tarixli 1751 nömrəli Fərmanının ləğv edilməsi barədə Azərbaycan Respublikasının Prezidenti tərəfindən 31 yanvar 2024-cü il tarixli Fərman imzalanıb.

Yenicag.az xəbər verir ki, qeyd edilən Fərman əsasında Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin 14 fevral 2024-cü il tarixli qərarı ilə Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya Şirkətinə sığorta fəaliyyətinə verilmiş 14 oktyabr 2009-cu il tarixli, 000270 nömrəli lisenziya ləğv edilib.

www.yenicag.az

197
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv