!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Litva Rusiyadan elektrik enerjisi nəqlini vaxtından əvvəl dayandırır

!Reklam – Yazi

Baltikyanı ölkələr Rusiyadan elektrik enerjisi alışının dayandırılması müddətini azaldırlar.

Yenicag.az lenta.ru-ya istinadən xəbər verir ki, Litva, Latviya və Estoniya Rusiyadan elektrik enerjisi alışının dayandırılması tarixini 2025-ci ildən 2024-cü ilə keçirməyi müzakirə edirlər.

Məlumata əsasən, qeyd olunan məsələ ilə bağlı müddətin azaldılması təşəbbüsü Litva tərəfindən irəli sürülüb.

Bu barədə açıqlama verən Litvanın “Litgrid” şəbəkə operatorunun rəhbəri Rokaz Masyulisin sözlərinə görə, danışıqlarda Avropa İttifaqı (Aİ) Komissiyasının təmsilçiləri də iştirak edirlər.

Xatırladaq ki, Belarus, Rusiya, Estoniya, Litva və Latviyanın qoşulduğu BRELL enerji halqası 2001-ci ildə yaradılıb.

Baltikyanı ölkələr siyasi risklərlə üzləşməmək üçün həmin şəbəkəni çoxdan tərk etmək istəsələr də, elektrik enerjisi ilə bağlı defisit bu addımı atmağa imkan vermirdi.

www.yenicag.az

311
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv