!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Litvada Ermənistanın Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırması müzakirə olundu

!Reklam – Yazi

Ermənistan parlamentinin spikeri Alen Simonyan və Litvanın xarici işlər naziri Qabrielius Landsberqis Ermənistan-Türkiyə və Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması ilə bağlı fikir mübadiləsi aparıblar.

Yenicag.az bu barədə “Sputnik Ermənistan”a istinadən xəbər verir.

Bildirilib ki, Litvada səfərdə olan Simonyan bu ölkənin XİN başçısı ilə görüşüb. Görüşdə Cənubi Qafqaz və Şərqi Avropada təhlükəsizlik məsələləri müzakirə edilib.

Həmsöhbətlər Ermənistan-Türkiyə və Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması və Azərbaycanda saxlanılan erməni hərbi əsirlərin qaytarılması məsələsi ətrafında da fikir mübadiləsi aparıblar.
Landsberqis qeyd edib ki, Litva sülhün bərqərar olması prosesinə hər cür töhfə verməyə hazırdır.

www.yenicag.az

158
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv