!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Livana hərbi müdaxilə gözlənilir - Hizbullahı məhv etmək üçün

!Reklam – Yazi

Son zamanlar Səudiyyə Ərəbistanında maraqlı proseslər gedir. Bir tərəfdən, dini radikalizmin güclü olduğu bu ölkədə son aylar qadınlara avtomobili idarə etməyə icazə vermək kimi müəyyən addımlar atılır. Digər tərəfdən, hakim ailəyə yaxınlığı ilə seçilən bir çox yüksək rütbəli şəxslər korrupsiyada ittiham edilərək, onlara qarşı cinayət işinin başlanmasına start verilib. Bu fonda belə fikirlər səslənir ki, Səudiyyənin yeni gənc şahzadəsinin atdığı bu addımların arxasında Vaşinqton durur.

Məsələ ilə bağlı Yenicag.az-a açıqlama verən politoloq Natiq Miri bildirdi ki, həqiqətən də Əl-Riyadda cərəyan edən son proseslərdə ABŞ-la İsrailin əli vardır:

“Əslində, Səudiyyə şahzadəsinin bir sıra yüksək rütbəli şəxsləri korrupsiyada ittiham etməsi məsələsi Yaxın Şərqdə aparılan ciddi geosiyasi əməliyyatın tərkib hissəsidir. Hansı ki, həmin əməliyyatın arxasında da ABŞ-la onun strateji müttəfiqi olan İsrail dayanır. Bu əməliyyat planının episentri qismində də məhz Səudiyyə Ərəbistanı çıxış edir. Bütün hadisələr də yenicə təyin olunan şahzadə Mühammed Bin Salmanın üzərində qurulub. Bu gənc şahzadənin timsalında ölkədə islahatlar adı altında bir çox addımlar atılıb. Belədə burada mövcud olan cəmiyyəti dəyişdirmək istəyirlər. Ancaq onun effektli olub-olmayacağı zamana bağlı məsələdir.

Lakin məsələ ondadır ki, Vaşinqtonla Təl-Əvivin Yaxın Şərq üçün hazırladığı bu plan təkcə Səudiyyə Ərəbistanı ilə məhdudlaşacaq plan deyil. Sadəcə, Yaxın Şərqdəki digər proseslərin yürüdülməsi Əl-Riyaddakı proseslərə bağlı olacaq. Şahzadə ölkədə iqtidarını möhkəmlədə və kral olaraq hakimiyyətə gələrsə, bu halda Qərbin Yaxın Şərq planının digər hissələri də həyata keçiriləcək ki, onun da episentrində Livanla Fələstin durur. Bu planda əsas hərəkətverici qüvvələr isə körfəz ölkələridir ki, onlar da Səudiyyə Ərəbistanı, BƏƏ və Misirdən ibarətdir. Bu ölkələr vasitəsilə yeni quru qoşunlarının yaradılması planlaşdırılır. Yaradılan quru qoşunları vasitəsilə də İranı birdəfəlik Yaxın Şərq regionundan süpürüb atmaq nəzərdə tutulur. Söhbət ondan gedir ki, bölgədə, xüsusən də Livanda İranın təsiri artır.

Bu ölkədə İranın təsiri altında olan Hizbullah təşkilatı ölkə hakimiyyətinin ciddi alternativi və İsrailə təhlükə törədə biləcək güc hesab olunur. Ona görə də düşünürəm ki, yeni yaradılacaq quru qoşunları vasitəsilə Hizbullahı birdəfəlik ləğv etmək üçün Livana hərbi müdaxilə gözlənilir. Ardınca, Fələstinə müdaxilə gözlənilir ki, bununla da orada yaşayan fələstinlilərin Misir və İordaniyanın çöllüklərinə sürgün edilməsi planlaşdırılır. Əslində, qarşıya qoyulan məqsəd Fələstinin paytaxtı olan Qüdsü İsrailin paytaxtı elan etmək və buradakı torpaqları Tel-Əvivə qatmaqdır.

Sadəcə olaraq, bütün bu planlar Səudiyyə Ərəbistanı üzərindən qurulub. Onun həyata keçməsi də Səudiyyə şahzadəsinin öz hakimiyyətini ölkədə necə möhkəmləndirməsindən asılıdır. Ona görə də ABŞ və İsrailin təhrikilə Səudiyyənin hakim ailəsinin içərisində ciddi parçalanma yaranıb”.

ELÇİN

www.yenicag.az

1621
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv