!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ankaranın Tel-Əvivə qarşı SİYASİ TƏZYİQİ: “Fələstində Türkiyəyə məxsus obyektin vurulması...”

!Reklam – Yazi

“Son günlərdə Türkiyə İsrail-Fələstin münaqişəsinə birbaşa müdaxilə edəcəyinə dair əsassız şayiələr yayılmaqdadır”.

Bu fikirləri Türkiyənin İsrail-Fələstin münaqişəsinə qatılacağı haqda iddiaların artmasına münasibət bildirən professor Toğrul İsmayılov Yenicag.az-a açıqlamasında deyib.

Professor bildirib ki, Türkiyə dövləti bu toqquşmalarda minlərlə dinc insanın həlak olmasına səssiz qala bilməz:

“Əvvəla, İsrail-Fələstin toqquşmasını müharibə adlandırmaq düzgün deyil. Çünki bir tərəfdə nizami ordu, digər tərəfdə isə təşkilat var. İsrail iki dövlətin qurulması nəzərdə tutulan Fələstin ərazilərində yaradılıb. Ancaq İsrail mövcudluğu ərzində prosesləri zaman-zaman lehinə dəyişməyə çalışmaqla, Fələstində ciddi narazılıqlara səbəb olur.

O baxımdan, fələstinlilərin bu fəaliyyətə verdikləri qarşılığın nəticəsini hazırda müşahidə etməkdəyik. İsrailin Qəzzanı ortadan qaldırmaq niyyəti açıq-aşkar görünür. Bu isə beynəlxalq hüququn prinsiplərindən yanaşdıqda, mübahisəli məsələyə çevrilir.

Əlbəttə, Türkiyə dövləti minlərlə dinc insanın həlak olmasına səssiz qala bilməz. Rəsmi Ankara münaqişənin yenidən alovlanmasından bəri diplomatik müstəvidə tərəfləri sülhə dəvət etdi. Lakin Fələstində Türkiyəyə məxsus strateji obyekti İsrail tərəfindən hədəfə alındı.

Son günlərdə isə Türkiyə İsrail-Fələstin münaqişəsinə birbaşa müdaxilə edəcəyi və nəticədə Üçüncü Dünya müharibəsinin başlayacağına dair əsassız şayiələr yayılmaqdadır. Bütün bu iddialar reallıqdan uzaqdır. Türkiyə sadəcə, İsrailin haqsız davranışlarına qarşı siyasi təzyiqləri artıracaq”.

Nəsimi Ələsgərli

www.yenicag.az

230
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv