!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Livandan bir qrup şübhəli şəxs İsrailə daxil oldu

!Reklam – Yazi

Bu gün bir qrup şübhəli şəxs Livan ərazisindən İsrailə daxil olub.

Yenicag.az “IDF” “Telegram” kanalın istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri bildirib.

“Bir neçə şübhəlinin Livan ərazisindən İsrailə daxil olması ilə bağlı mesaj almışıq. Bu ərazidə İsrail Müdafiə Qüvvələrinin əsgərləri yerləşdirilib”, deyə bildirilib.

Bundan əvvəl Livan ordusu bəyan etmişdi ki, İsrail əsgərləri Livanın bir sıra yaşayış məntəqələrini tank və artilleriyadan atəşə tutub, yaralılar var.

Qeyd edək ki, Britaniya kəşfiyyatı müharibə başlayandan sonra Rusiya ilə İran arasında dərinləşən tərəfdaşlıqdan danışıb. “Rusiyanın İranla tərəfdaşlığı son illərdə güclənib və Rusiyanın Ukraynaya müdaxiləsi ilə demək olar ki, sürətlənib. Beynəlxalq təcrid Rusiyanı diplomatik, iqtisadi və hərbi dəstək qazanmaq üçün xarici siyasət səylərini əvvəllər daha az arzuolunan tərəfdaşlıqlara yönəltməyə məcbur edib”, deyə Böyük Britaniyanın Müdafiə Nazirliyi kəşfiyyat məlumatlarına istinadən məlumat yayıb./qaynarinfo.az

www.yenicag.az

174
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv